Təhsil naziri imtahan sessiyası ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıq verib

Təhsil naziri imtahan sessiyası ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıq verib
# 30 may 2012 13:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Təhsil naziri Misir Mərdanov Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrdə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək tapşırılıb. Əmrə əsasən, pnlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və “Qaynar xətt” yaratmalıdırlar. Qərargaha və “Qaynar xətt”ə daxil olan hər bir şikayət barədə nazirliyin “Qaynar xətt”-nə operativ məlumat verilməsini təmin etməlidirlər. Təhsil müəssisənin rəhbərləri, həmçinin imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsi təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. Bildirilir ki, onlar rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Müəssisə rəhbərləri imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR