Azərbaycanda ikinci sinif şagirdini maşın vurub
02 mart 2012 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Rayonda yerləşən orta məktəblərdən birinin yaxınlığında 2-ci sinif şagirdi, 8 yaşlı Aytac Məhərrəmovanı maşın vurub. Şagird ağır vəziyyətdə Klinik Tibbi mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.