Leyla Əliyeva: “Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaq”- FOTOSESSİYA

Leyla Əliyeva: “Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaq”- <font color=red>FOTOSESSİYA</font>
# 30 iyun 2012 21:16 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə “Dəyişən dünyada gələcək liderlərin rolu”, “Qloballaşmanın ətraf mühitə təsiri” mövzularında məruzələr edilib, səmərəli müzakirələr aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iclasda çıxış edərək Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu barədə danışıb. O bildirib ki, dünyada davamlı inkişaf, ətraf mühitin qorunması sahəsində çoxlu tədbirlərin keçirilməsi olduqca önəmlidir. “Bugünkü ekoloji problemlər həm millətləri ayırır, həm də onların bütün maraqlarının təmin edilməsinə imkan vermir. Ona görə də hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmli məsələdir. Bu, iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. Bu məsələlər bizim həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bilər. Ona görə də bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq. Dəyişikliklər prosesinin ətraf mühitdə baş verməsi xüsusilə gənc nəslin bu sahədə rolunu daha da önəmli edir”.

Leyla Əliyeva vurğulayıb ki, Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanılıb. “Biz bu kampaniyalara gəncləri və bütün insanları dəvət edirik. Bu iş əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir”.

Onun fikrincə ekologiya ilə bağlı məsələləri sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. “Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaq.
Təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Ona görə də mən hesab edirəm ki, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməli və s. Bu məsələlərin həlli planetimizin gələcəyini təmin edəcək. Bu məsələlərin həlli bizim yaşayış tərzimizdən də çox asılıdır. Ona görə də biz bütün imkanlardan istifadə edərək, hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq”.

Leyla Əliyeva qeyd edib ki, sovet dövründə uzun illər neft və qaz hasilatı nəticəsində həm dənizdə, həm də quruda çoxlu çirklənmə baş verib. Bu da müstəqil Azərbaycana bir problem kimi qalıb. “Müstəqil Azərbaycan üçün həmin məsələləri həll etmək başlıca vəzifələrdən biridir. Biz bütün bunları nəzərə alaraq fəaliyyətə başlamışıq.
Bu məsələlərin həlli üçün bütün güclərin səfərbər olunması çox vacib idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün bu məsələlərin həlli Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çətinləşmişdi. Bu, Cənubi Qafqaz regionunda da çox böyük çətinliklər yaradıb. Bilirsiniz ki, həmin ərazilərdə çox zəngin ekosistem, flora və fauna var. Biz Azərbaycanda 2010-cu ili “Ekologiya ili” elan etdik. O vaxt həmin kampaniya çərçivəsində yüz minlərlə ağac əkilib. Bu kampaniya gənclər arasında təşviq olunurdu”.

Azərbaycan əhalisi dünyada ən gənc əhalilərdən biri olduğunu deyən Leyla Əliyeva söyləyib: “Ona görə də biz çalışırıq ki, bütün bu məsələləri gənclərimizə aşılayaq. Bu səpkidə müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar vasitəsilə biz ölkəmizdə və dünyada ətraf mühitlə bağlı problemlər barədə gənclərimizə məlumat veririk”.
Leyla Əliyeva deyib ki, ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması yolunda əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdən ibarətdir. “Düşünürəm ki, “yaşıl iqtisadiyyat”ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. Əgər bu öhdəliklər yerinə yetirilsə, davamlı iqtisadi inkişaf da reallığa çevriləcək. Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaq”.
Bundan başqa, hesab edirəm ki, səmərəli tədbirlər planının həyata keçirilməsi üçün səmərəli təhsil lazımdır. Buna görə də biz öyrənməyə və öyrətməyə hazırıq. Sizi də bu təşəbbüslərə qoşulmağa çağırırıq”.

Məşhur amerikalı jurnalist, 1985-2010-cu illərdə “CNN” telekanalında yayımlanan “Larry King Live” tok-şousunun aparıcısı Larri Kinq Azərbaycanda gedən inkişaf proseslərinin onda çox dərin təəssürat yaratdığını bildirib. Mövzunun əhəmiyyəti haqqında danışan L.Kinq gələcək nəsillərin sağlamlığı üçün ətraf mühitlə bağlı problemlərə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb, bu məsələdə gənclərin, gələcəyin yeni liderlərinin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıb. Larri Kinq deyib: “Əgər biz təbiəti qorusaq, ətraf mühitin çirklənməsinə yol verməsək, insanların, öz ailəmizin, hətta doğulmayan uşaqlarımızın belə sağlamlığının qayğısına qalmış olarıq”.

Əlcəzairin Sahibkarlar Konfederasiyasının prezidenti Bualem M’Rakaş təhlükəsiz gələcəyin təmin edilməsində gənc liderlərin rolu haqqında danışıb, bu baxımdan tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, gənclər, xüsusilə də gənc liderlər gələcəkdə səhvlərə yol verilməməsi, daha böyük uğurların əldə edilməsi üçün keçmişi öyrənməli, təcrübə mübadiləsinə üstünlük verməlidirlər. Ekoloji problemlərin doğurduğu ciddi fəsadların qarşısının alınması üçün qüvvələrin səfərbər edilməsinin zəruriliyini vurğulayan B.M’Rakaş Azərbaycanda gənclərə göstərilən qayğının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Avropa Parlamentinin üzvü Nirj Deva Leyla Əliyevanın çıxışında ətraf mühitlə bağlı nikbin fikirlər səsləndirməsinin onu sevindirdiyini bildirib. O, Leyla Əliyevanın ətraf mühitlə bağlı təşəbbüslərini, bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Nirj Deva bildirib ki, hazırda qlobal maliyyə böhranı ətraf mühitlə bağlı problemləri sanki arxa plana keçirib. Lakin biz əgər bütün diqqətimizi maliyyə böhranına yönəltsək, ekoloji məsələlərə biganə yanaşsaq, təhlükəsiz gələcəklə bağlı ciddi problemlər yaşaya bilərik. Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan gənclər ekoloji məsələlərin həlli istiqamətində fəal olmalı və bir-biriləri ilə əlaqələr qurmalı və bu əlaqələri inkişaf etdirməlidirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dəyişən dünyada gələcək liderlərin çox vacib rol oynayacaqlarını diqqətə çatdırıb.
Azərbaycanda əhalinin 66 faizdən çoxunun 30 yaşdan aşağı olduğunu deyən Elnur Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında oynadıqları vacib rolu xüsusi qeyd edib. Bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, 15 mindən çox azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulub. Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının göstərildiyini deyən şöbə müdiri bildirib ki, gənclərin müasir texnikanın yeniliklərindən sərbəst istifadə etmələri üçün hər cür şərait yaradılıb.
Elnur Aslanov vurğulayıb ki, gənclər Azərbaycanı uğurlu gələcəyə aparan, ölkəmizin siyasi və iqtisadi potensialını yeni mərhələyə qaldıran qüvvədir. Buna görə də Azərbaycanda gənclər siyasəti dövlətin prioritetlərindən biridir.

Malinin Milli Gənclər Şurasının prezidenti Siriman Traore, Şri-Lankanın “Eswaran Brothers Exports Ltd” təşkilatının sədr müavini Subramaniam Eassuwaren çıxışlarında dəyişən dünyada bir çox sahələrdə olduğu kimi, ekoloji sahədə də mövcud problemlərin həlli istiqamətində gənc liderlərin üzərinə düşən vacib roldan danışıb, gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamaları üçün onların da üzərinə məsuliyyətin düşdüyünü vurğulayıb.
Natiqlər Krans Montana Forumu çərçivəsində təşkil edilmiş bu iclasda müzakirə olunan aktual məsələlərin əhəmiyyətini vurğulayıblar, gənclərə önəmli çağırışların edildiyi bu kimi vacib tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Sonra suallar cavablandırılıb.
İDEA ətraf mühit kampaniyasının fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı suala cavabında Leyla Əliyeva bildirib ki, bu kampaniya regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə bağlı yaradıcı yanaşması var.
İDEA kampaniyasının həyata keçirdiyi çoxsaylı layihələr haqqında danışan Leyla Əliyeva təşkilatın fəaliyyətinə daha çox gəncin cəlb olunması ilə bağlı xeyli iş görüldüyünü və bu istiqamətdə uğurlu nəticələr əldə edildiyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR