TQDK sədri : “Buraxılış imtahanlarında nizam-intizamı pozanlara qarşı ciddi tədbirlər görüləcək”

TQDK sədri : “Buraxılış imtahanlarında nizam-intizamı pozanlara qarşı ciddi tədbirlər görüləcək”
# 25 may 2012 09:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, imtahana yardımçı vasitələr gətirməyə cəhd edən, köçürən şagirdlərin imtahan nəticələri ləğv ediləcək.

TQDK sədri deyib ki, buraxılış imtahanlarının məzmunu qəbul imtahanlarından fərqlənir: “Buraxılış imtahanlarında hər variantda 13-15 sual çox asan suallar olacaq. Belə nəzərdə tutulub ki, ilk 10-15 sual asan, sonra orta səviyyəli, axırda isə çətin suallar olsun. 10-12 suala cavab verən şagirdlər “3” qiymət ala bilər. Hər imtahanlar bitəndən sonra o imtahanların nəticələri komissiyanın internet saytında elan olunacaq”.

M. Abbaszadə bildirib ki, hazırda təhsil şöbələri buraxılış sinif şagirdlərinin iki illik qiymətlərini bazaya daxil edirlər: “İndiyədək 167 min şagirdin imtahan nəticələri bazaya daxil edilib. Onlardan 96 min şagirdin nəticələri təsdiq edilib. Bu proses davam edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR