Avrozonada işsizlik 14 illik tarixi maksimuma çatıb

Avrozonada işsizlik 14 illik tarixi maksimuma çatıb
# 02 aprel 2012 12:19 (UTC +04:00)
APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, 1999-cu ilin rekordu cəmi bir ay əvvəl - yanvarda təzələnib.

Valyuta birliyi daxilində işsizlərin sayı 17,13 mln. Nəfərə çatıb ki, bu da aylıq müqayisədə 162 min nəfər şoxdur. Avrozona ölkələri arasında ən yüksək işsizlik səviyyəsi, əvvəlki kimi, İspaniyaya məxsusdur - 23,6%.

Avropa Birliyinə daxil olan 27 ölkədə isə işsizlik səviyyəsi fevral ayında 10,1%-dən 10,2%-ə yüksəlib.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada işsizlik səviyyəsi 5,7%, Fransada 10%, İtaliyada 9,3% təşkil edib. Yunanıstan isə hələ müvafiq statistikasını açıqlamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR