Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsi keçiriləcək
13 sentyabr 2012 12:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsi keçiriləcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, “2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq noyabrda keçiriləcək sərgi-müsabiqə üçün artıq təşkilati işlərə başlanılıb.
Sərgi-müsabiqədə əlillərin rəssamlıq, dekorativ tətbiqi sənət, xalçaçılıq, toxuma və hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və digər sahələr üzrə əl işləri nümayiş etdiriləcək. Fərqlənən əlillərə mükafatların verilməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün bölgələrdən gələn əlillərin dövlət hesabına otellərdə yerləşdirilməsi, habelə onlara müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək.
Qeyd edək ki, son 3 ildə 2 min nəfərdən çox yaradıcı əlil belə tədbirlərə cəlb olunub.

Sosial
Sahil Babayev Gədəbəydə vətəndaşları qəbul edib
14:36
31 may 2024
FIBAA rəsmisi: UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur
14:33
31 may 2024
"Bakı Beton Konstruksiyaları" MMC 4 mln. manata hərraca çıxarılır
14:26
31 may 2024
Astarada sürüşmə aktivləşib, 10-a yaxın ev üçün təhlükəli vəziyyət yaranıb - FOTO
13:24
31 may 2024