Azərbaycan DİN: İctimai Palatanın razılaşdırılmamış aksiyasında saxlanılanların hamısı sərbəst buraxılıb

Azərbaycan DİN: İctimai Palatanın razılaşdırılmamış aksiyasında saxlanılanların hamısı sərbəst buraxılıb
# 24 may 2012 13:57 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, bu gün Bakıda icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onlardan 8 nəfəri İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq cərimələnib və sərbəst buraxılıb.

“Nida” Vətəndaş Hərəkatının üzvü, jurnalist Anar Gəraylı isə dünən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bu gün saat 13.00 radələrində İP İTV-nin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçısı Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu aksiyanın qətnaməsini oxuyub. Qətnamədə aksiyada televiziya kanalında müxalifət partiyalarının nümayəndələrinə efir vaxtının verilməsi, İctimai Palatanın tədbirlərinin işıqlandırılması, həbsdə olan İP üzvlərinin azadlığa buraxılması kimi tələblər irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR