Rusiyanın Kurqan vilayətinin qubernatoru Azərbaycanın sənaye və energetika naziri ilə görüşüb

Rusiyanın Kurqan vilayətinin qubernatoru Azərbaycanın sənaye və energetika naziri ilə görüşüb
# 23 aprel 2012 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “APA-Economics”ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Görüşdə tərəflər arasında əlaqələr, sənaye, o cümlədən maşınqayırma, ağır və yüngül sənaye, alternativ enerji və s. sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, sabah Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya işgüzar görüşünün keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR