Azərbaycan Rusiyanın subyektləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Rusiyanın subyektləri ilə əməkdaşlığı genişləndirir
# 26 aprel 2012 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığı genişləndirir. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya Federasiyasının Dağıstan Respublikası ilə də əməkdaşlığı inkişaf etdirir.

N.Səfərov qeyd edib ki, hazırda Azərbaycan Dağıstanda kənd təsərrüfatı, turizm və tikinti kimi sahələrə investisiya yatırmaqda maraqlıdır: “O cümlədən Dağıstan qida sənayesi sahəsinə Azərbaycan investorlarını cəlb etmək niyyətindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR