Londonda həbs olunan Maksim Bakiyev azadlığa buraxılıb

Londonda həbs olunan Maksim Bakiyev azadlığa buraxılıb
# 16 oktyabr 2012 02:50 (UTC +04:00)
Bakı-APA. Londonda həbs olunmuş Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim dekabrın 7-dən girov müqabilində buraxılıb. Bu vaxt ərzində Böyük Britaniya onun ABŞ-a ekstradisiyası məsələsinə baxmalıdır. Məlumatı Böyük Britaniyanın Bişkekdəki səfirliyi yayıb.

Bu müddət ərzində Maksim Bakiyevin Böyük Britaniyanı tərk etmək ixtiyarı yoxdur. O hər həftə polis məntəqəsində qeydiyyatdan keçməlidir.

Maksim Bakiyev korrupsiya və qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin yuyulmasında ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR