“Sepah”ın keçmiş komandanı Yəməndə həbs olunub

“Sepah”ın keçmiş komandanı Yəməndə həbs olunub
# 19 iyul 2012 11:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yəməndə İranın casus şəbəkəsi ifşa olunub. APA-nın məlumatına görə, rəsmi Səna bununla bağlı açıqlama yayıb. Açıqlamada Yəmən polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində aralarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanlarından biri kimi qələmə verilən, ancaq adı açıqlanmayan şəxsin həbs olunduğu bildirilib. Onun casus şəbəkəsinə başçılıq etdiyi güman olunur. Hələlik digər tutulanların da adları açıqlanmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR