“Reuters”: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yenidən müzakirələr aparmağa hazırdır

“Reuters”: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə  yenidən müzakirələr aparmağa hazırdır
# 22 aprel 2012 01:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) yenidən müzakirələrə başlayacaq. APA-nın “Fars” agentiyinə istinadən məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Bildirilib ki, İran hökuməti AEBA ilə yenidən müzakirələr aparmağa hazırdır: “İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul müzakirələrindən bir neçə gün sonra İran rəhbərliyi AEBA-ya məktub yazaraq, agentliklə yenidən müzakirəyə başlamağa hazır olduqlarını bildiriblər. Lakin müraciətdə İranın paytaxtı Tehran şəhəri yaxınlığında yerləşən Parçin hərbi baza və poliqonu ilə bağlı qeydlər olmayıb: “AEBA əməkdaşlarının İranın Parçin hərbi baza və poliqonuna nəzarət etmək məsələsində əngəllər var”.
Qeyd edək ki, fevralın 20-21-də İranda səfərdə olan AEBA-nın 6 nəfərlik nümayəndə heyətinə Parçin hərbi baza və poliqonuna getməyə növbəti dəfə icazə verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR