Gürcüstanlı nazir: “Azərbaycanlıların yaşadığı bölgələrin infrastrukturunu inkişaf etdiririk” - FOTO

Gürcüstanlı nazir: “Azərbaycanlıların yaşadığı bölgələrin infrastrukturunu inkişaf etdiririk” - <font color=red>FOTO</font>
# 23 mart 2012 15:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Azərbaycanlılar yaşayan bölgələrdə də infrastruktur inkişaf etdirilir və donor təşkilatlarının maliyyələşdirdiyi sosial layihələrin tikintisinə şəxsən Gürcüstan prezidenti nəzarət edir.” Bu açıqlamanı APA-nın yerli bürosuna Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili verib.

Onun sözlərinə görə, bir çox ölkələrin donor təşkilatları Gürcüstanın bütün bölgələrində infrastruktur layihələri həyata keçirirlər: “Gürcüstanın o qədər də böyük büdcəsi yoxdur və biz donor təşkilatlarla birgə tenderlərin aparılmasını istəyirik. Çalışırıq ki, bu layihələr üçün ayrılan vəsait infrastrukturun inkişafına sərf olunsun və bu sosial layihələr vaxtında təhvil verilsin”.

Bu gün donor təşkilatları ilə görüş keçirdiklərini xatırladan nazir orada Dünya Bankı, Asiya İnkişaf Bankı, Yaponiya hökumətinin nümayəndələri, Avropa Bankı və çoxlu sayda donor təşkilatlarının iştirak etdiyini vurğulayıb: “Tədbirdə tikintisi gedən layihələr haqqında hesabat xarakterli məlumatlar dinlənildi. Biz tikilən layihələrin problemlərini də müzakirə etdik. Bu bölgələr içində azərbaycanlıların kompakt yaşadığı rayonlar da var. Biz donor təşkilatların maliyyə yardımı ilə azərbaycanlı vətəndaşlarımızın yaşadığı bölgələrin infrastrukturunu da inkişaf etdiririk”.

Ramaz Nikolaişvili Gürcüstan prezidentinin ölkədə gedən bütün layihələrdən xəbərdar olduğunu və bu tikintilərə şəxsən nəzarət etdiyini söyləyib: “Mən sizi inandırım ki, prezidentimiz hər bir layihənin tikintisinin necə getdiyini çox yaxşı bilir. Onun bu barədə ətraflı məlumatı var. Çünki bu insan heç vaxt bir yerdə dayanmır və ölkənin inkişafına çalışır. Mən də öz növbəmdə prezidentimizə Gürcüstanın hər yerində gedən layihələrin tikintisi barədə həvəslə məlumat verirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR