Ötən ay Azərbaycan ərazisində 751 ədəd partlamamış hərbi sursat, 2 ədəd piyada və 9 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazisində 751 ədəd partlamamış hərbi sursat, 2 ədəd piyada və 9 ədəd tank əleyhinə mina zərərsizləşdirilib
# 04 may 2012 12:18 (UTC +04:00)
ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 751 PHS, 2 ədəd piyada və 9 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 nəfərlik yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 190,247,971 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 671,404-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ağstafa, Gəncə, Samux və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR