Bu gündən Bakıda Novruz bayramı ilə əlaqədar satış yarmarkalarının təşkilinə başlanılıb

Bu gündən Bakıda Novruz bayramı ilə əlaqədar satış yarmarkalarının təşkilinə başlanılıb
# 10 mart 2012 10:16 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edilir. Yarmarkalar martın 20-dək Binəqədi (Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti, Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə), Xətai («Bakı» k/t-nın yanı), Nərimanov (Əliyar Əliyev küçəsi 26, «Bakı Taxıl» ASC-nin ərazisi), Nəsimi («Təzə bazar»ın ərazisi, 3-cü mikrorayon, «Tovuz-Baltiya LTD»nin ərazisi) Səbail (Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı), Suraxanı (Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Qaraçuxur qəsəbəsi, «Günəş» ticarət mərkəzinin yanı), Yasamal (Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yan) və Sabunçu (Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol Vağzalının yanı) rayonlarında təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR