Bakı şəhər Baş Polis İdarəsi paytaxtda itkin düşmüş 15 yaşlı qızla bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda itkin düşmüş 15 yaşlı qızla bağlı məlumat yayıb
# 12 sentyabr 2012 12:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsi paytaxtda itkin düşmüş 15 yaşlı qızla bağlı məlumat yayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhər sakini Vaqif Bağırov avqustun 4-də Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, bacısı 1996-cı il təvəllüdlü Türkan Bağırovanın həmin gün saat 10 radələrində evdən getdiyini və qayıtmadığını bildirib. Bununla bağlı təhqiqat işləri aparılıb və avqustun 15-də Xətai Rayon Polis İdarəsində axtarış işi açılıb. Axtarışda olan T.Bağırovanın yerinin müəyyən edilməsi məqsədi ilə zəruri olan bütün tədbirlər görülüb. Müəyyən edilib ki, T.Bağırova əvvəllər, konkret olaraq iyulun 2-də evdən gedib və geri qayıtmayıb. Həmin vaxt da qardaşı V.Bağırov 11 iyul tarixində polisə müraciət edərək, bacısının sağ-salamat evə gəldiyini və heç bir şikayətinin olmadığını bildirib. Qız 2-ci dəfə evdən getdikdən sonra, yəni avqustun 5-də isə qardaşının telefonuna mesaj göndərərək sağ-salamat olduğunu bildirib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində T.Bağırova sentyabrın 11-də Mərdəkan qəsəbəsində tapılaraq ailəsinə təhvil verilib.
APA-nın əldə etdiyi məlumata görə, T. Bağırova ailəsi münaqişəsi zəminində qardaşı və anası ilə yola getmədiyi üçün evi tərk edibmiş.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR