Rəsmi Tehran Fransa XİN-nin nüvə proqramı barədə dediklərini “məsuliyyətsiz” addım adlandırıb

Rəsmi Tehran Fransa XİN-nin nüvə proqramı barədə dediklərini “məsuliyyətsiz” addım adlandırıb
# 25 oktyabr 2012 00:35 (UTC +04:00)
Bakı-APA. İranın xarici işlər nazirliyinin rəsmisi Fransa xarici işlər naziri tərəfindən İranın və bu ölkənin nüvə proqramı barədə dediklərinin məsuliyyətsizlik olduğunu bildirib. .

APA-nın PRESS TV-yə istinadən verdiyi xəbərə görə İran XİN başçısının müavini Ramin Mehmanpərəst Fransız nazirin Nüvə enerjisi üzrə Beynəlxalq agentliyin hesabatlarına fikir verməməkdə günahlandırıb.

“Belə bir sual ortaya doğur. Fransa xarici işlər naziri Nüvə Enerjisi üzrə Beynəlxalq agentliyin təftişlərini son bir neçə il ərzində tamamilə qulaq ardına vurmasına baxmayaq, necə hələ də danışa bilir?”, deyə Mehmanpərəst bildirib.

İran XİN-nin nümayəndəsi həmçinin Fransa Xarici işlər nazirinin gələcəkdə bu cür səhvlərə yol verməyəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Fransa Xarici İşlər naziri Loran Fabius İranın artıq 2013 ci ilin ortalarına kimi nüvə silahına sahib olacağını bəyan edib .
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR