İran Türkiyədən 26 tondan çox qızıl alıb

İran Türkiyədən 26 tondan çox qızıl alıb
# 01 iyun 2012 10:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran bu ilin aprel ayında Türkiyədən 1.2 milyard dollarlıq qızıl alıb. APA-nın məlumatına görə, ümumilikdə aprel ayında Türkiyədən İrana 1,47 mlrd. dollarlıq məhsul ixrac olunub ki, bunun da böyük hissəsini qızıl ticarəti təşkil edir.

Türkiyə 2011-ci ilin mart ayında İrana 300 kq qızıl satdığı halda, 2012-ci ilin eyni ayında qızıl ticarəti 11 tondan çox olub. Bu ilin aprel ayında isə İran Türkiyədən 26 tondan çox qızıl alıb. Bu, keçən ilin aprel ayı ilə müqayisədə qızıl ticarətində 4 dəfədən çox artım deməkdir.

Qeyd edək ki, Tehrana qarşı sanksiyalara və ölkədə artan siyasi gərginliyə görə İran bu qədər çox qızıl idxal etdiyi ehtimal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR