Aprelin sonunda Azərbaycanda rezidentura hazırlığı üzrə yeni qəbul proqramları açıqlanacaq

Aprelin sonunda Azərbaycanda rezidentura hazırlığı üzrə yeni qəbul proqramları açıqlanacaq
# 10 aprel 2012 09:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin sonunda rezidentura hazırlığı üzrə yeni qəbul proqramları açıqlanacaq. APA-nın məlumatına görə, bu barədə 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hazırda rezidenturaya qəbulla bağlı təkmilləşdirmə işləri Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birgə aparılır. Bu məqsədlə müvafiq təhsil müəssisələrinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə seminarlar keçirilir.

TQDK sədri deyib ki, rezidenturaya qəbul proqramlarının məzmunu müasirləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR