Azərbaycan prezidenti İSESCO-nun xatirə medalı ilə təltif edilib

Azərbaycan prezidenti İSESCO-nun xatirə medalı ilə təltif edilib
# 03 may 2012 22:52 (UTC +04:00)
Azərbaycanın Mərakeşdəki səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan prezidenti İlham Əliyevin İSESCO-nun 30 illik yubileyi münaisbətilə xatirə medalı ilə təltif edildiyini bildirib. O, medalı, prezidentə ünvanlanmış məktubu və “İSESCO: 30 ilin nailiyyətləri” adlı kitabı səfirə təqdim edib.

Səfir isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley münasibətilə baş direktora ünvanlanmış təbrik məktubunu Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim edib.

Mayın 3-də isə İSESCO-nun mənzil qərargahında Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə qurumun 30 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Mərakeşin hökumət üzvləri, İSESCO-ya üzv dövlətlərin, beynəlxalq təşkilatların, Rabatda akkreditə olunmuş diplomatik korpusun və media nümayəndələri iştirak ediblər. Azərbaycanın Mərakeşdəki səfiri və İSESCO-dakı daimi nümayəndəsi S.Ağabəyov də tədbirə qatılanlar arasında olub.

Tədbirdə Mərakeş Kralı VI Məhəmmədin tədbir iştirakçılarına məktubu oxunduqdan sonra İSESCO-nun baş direktoru çıxış edərək, qurumun 30 ildə keçdiyi yoldan, gələcəkdə görülməsi planlaşdırlan işlərdən danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR