Azərbaycanda ömürlük məhkuma narkotik maddələrin ötürülməsi cəhdinin qarşısı alınıb - FOTOSESSİYA

Azərbaycanda ömürlük məhkuma narkotik maddələrin ötürülməsi cəhdinin qarşısı alınıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 mart 2012 13:12 (UTC +04:00)
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 24.03.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 29; 120.2.7; 178.3.2; 181.3.1; 181.3.2; 181.3.3; 206.4; 217.1; 228.1; 320-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Rəcəb Adil oğluna qohumu Quliyev Mirzəli Əli oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qaynadılmış ət yeməyinin (xaş) iri sümüklərinin içərisindən ümumi çəkisi 22,382 qram olan narkotik maddə - «tiryək» aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR