ATƏT-in müşahidə missiyası: “Ermənistanda seçkilərə çoxlu sayda əsassız müdaxilə faktları qeydə alınıb”

ATƏT-in müşahidə missiyası: “Ermənistanda seçkilərə çoxlu sayda əsassız müdaxilə faktları qeydə alınıb”
# 07 may 2012 13:05 (UTC +04:00)
APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu fikirlər Ermənistanda seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin birgə bəyanatında öz əksini tapıb.

Müşahidəçilər qeyd ediblər ki, Ermənistanda seçki prosesində siyasi partiyalar arasında qarşılıqlı etimadın olmaması narahatlıq doğurur: “Seçicilərin qeydiyyatı prosesinə toxunan müşahidəçilər qanunvericiliyin yaxşılaşdırılmasına rəğmən, “seçkilərin saxtalaşdırılması üçün sui-istifadə imkanlarının mövcudluğu bu prosesə etimadsızlıq əlavə edib. Seçici fəallığı yüksək olsa da, kifayət qədər prosesə əsassız müdaxilə faktları qeydə alınıb. Bu fakt ciddi narahatlıq doğurur. Hakimiyyət gələn il keçiriləcək prezident seçkilərinə kimi bu qəbul olunmaz faktı aradan qaldırmalıdır”, - deyə ATƏT müşahidə missiyasının rəhbəri Nikolson Uinterborn bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR