ABŞ Avstraliyada qoşun yerləşdirməyə başlayıb

ABŞ Avstraliyada qoşun yerləşdirməyə başlayıb
# 04 aprel 2012 18:16 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Avstraliyada 2,5 minlik hərbi kontingent yerləşdirmək planına uyğun olaraq ilk Amerika dəniz piyadaları yaşıl qitəyə gəliblər. Bu barədə APA Agence France-Presse-ə istinadən məlumat verir.

Məlumata görə, Darvin şəhərinə 180 ABŞ hərbçisi gəlib. Onlar yaxınlıqdakı Robertson-Berreks hərbi bazasında yerləşəcəklər. Baza Avstraliya ordusuna məxsusdur. ABŞ bu qitədə hərbi baza yaratmağı planlaşdırmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR