Azərbaycan əhalisinin gəlirləri 14% artıb

Azərbaycan əhalisinin gəlirləri 14% artıb
# 11 oktyabr 2012 09:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin 9 ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6% artaraq 24,2 mlrd. manata çatıb və onun hər nəfərə düşən həcmi orta hesabla 2 644,7 manat və ya ayda 293,9 manat təşkil edib. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Hər nəfərə düşən gəlirlərin artımı inflyasiyanı 10,5 faiz bəndi üstələyərək 12,0% olub.

Gəlirlərin 62,9%-i son istehlaka, 8,7%-i vergilər, sosial sığorta və üzvlük haqları, 1,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 26,8%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 22,1 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 13,8% artıb. Eyni zamanda, göründüyü kimi, Azərbaycan əhalisi 9 ay ərzində 6,486 mlrd. manat həcmində vəsait yığımı həyata keçirə bilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR