Azərbaycanlı rəqqas Sankt-Peterburqda ustad dərsləri keçəcək

Azərbaycanlı rəqqas Sankt-Peterburqda ustad dərsləri keçəcək
# 26 iyul 2012 09:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Avqustun 20-dən 24-dək Rusiyanın Moskva, Sankt-Peterburq və Yaroslavl şəhərlərində geniş konsert proqramları təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, azərbaycanlı rəqqas, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Tahir Eynullayev də bu konsertlərdə iştirak edəcək. Konsertdə "Bəy", "Turacı", "Qaraçı", "Qaytağı" və digər milli rəqslərimizi təqdim edəcək rəqqas, konsertdən sonra Sankt-Peterburqun ən böyük ali təhsil ocaqlarından birində tələbələrə ustad dərsləri keçəcəyini də bildirib.

Tahir Eynullayev bundan əvvəl ABŞ, Böyük Britaniya, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR