Türkiyədə Ermənistan vətəndaşlarına daşınmaz əmlak satılmayacaq

Türkiyədə Ermənistan vətəndaşlarına daşınmaz əmlak satılmayacaq
# 28 iyul 2012 11:46 (UTC +04:00)
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, yeni qəbul olunan qanuna əsasən bu ölkələrin vətəndaşlarının Türkiyədə daşınmaz əmlak satın alması qadağan edilib.

Bir sıra ölkələrin vətəndaşları müəyyən şərtlərlə Türkiyədə mal-mülk sahibi ola bilər. Məsələn, Rusiya və Ukrayna vətəndaşları Türkiyənin Qara dəniz sahillərində, Gürcüstan vətəndaşları isə sahilyanı və sərhədyanı vilayətlərdə daşınmaz əmlak ala bilməz.

Azərbaycan, digər türkdilli ölkələr və Fars Körfəzində yerləşən ərəb ölkələrinin vətəndaşları Türkiyənin istənilən yerində maneəsiz daşınmaz əmlak sahibi ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR