Azərbaycanın xarici işlər naziri Kuba səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycanın xarici işlər naziri Kuba səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 17 iyul 2012 15:46 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə edərək ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib.

Səfir isə çalışdığı dövrdə Kuba ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını söyləyərək faydalı əməkdaşlığa görə minnətdarlıq edib.

Nazir kubalı diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR