Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi
# 21 may 2012 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2012-ci il aprelin 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanmasına başlayır.

Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasını nəzərdə tutur. Aşağıdakı cədvəldə ölkədəki banklar aktivlərin həcminə (01.04.2012-ci il) görə sıralanıb. Cədvəldə həmçinin bankların məcmu aktivlər üzrə bazar payı (xüsusi çəkisi) qeyd olunub:


Banklar

Aktivlər
(mln. AZN)

Bazar payı
(%)

1

IBAR

5 228,708

35,90

2

Kapital Bank

1 226,928

8,42

3

Xalq Bank

801,377

5,50

4

Bank Standard

726,247

4,99

5

PASHA Bank

619,966

4,26

6

Texnikabank

576,252

3,96

7

Unibank

459,534

3,16

8

Access Bank

391,391

2,69

9

Demirbank

358,254

2,46

10

Bank Respublika

340,280

2,34

11

Bank of Baku

339,478

2,33

12

Zamin Bank

330,487

2,27

13

AGBank

321,078

2,20

14

Mugan Bank

248,620

1,71

15

Atabank

227,130

1,56

16

YapiKredi Bank Azerbaijan

220,763

1,52

17

Expressbank

196,411

1,35

18

Bank Nikoil

188,459

1,29

19

Royal Bank

180,481

1,24

20

Turanbank

179,794

1,23

21

Bank of Azerbaijan

179,534

1,23

22

Azerbaijan Senaye Bank

161,795

1,11

23

Rabitabank

141,157

0,97

24

SW Bank

138,678

0,95

25

Parabank

109,303

0,75

26

Kredobank

91,802

0,63

27

NBC Bank

69,025

0,47

28

Azer-Turk Bank

68,267

0,47

29

Bank Avrasiya

64,390

0,44

30

VTB Azerbaijan

63,946

0,44

31

Atrabank

62,976

0,43

32

Kavkaz Inkishaf Bank

62,008

0,43

33

United Credit Bank

55,000

0,38

34

Gandjabank

49,707

0,34

35

Deka Bank

48,095

0,33

36

Gunaybank

37,697

0,26

37

Amrahbank*

-

-

38

Azerbaijan Kredit Bank*

-

-

39

AFB Bank*

-

-

40

Bank Milli Pakistan – Baku*

-

-

41

BTB Bank*

-

-

42

Euro Bank*

-

-

43

Nakhchivanbank*

-

-

44

Bank Melli Iran – Baku*

-

-


* Göstəricilər təqdim edilməyib

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 36 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.

Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR