“Azərsu” Qanköçürmə İnstitutunu məhkəməyə verib

“Azərsu” Qanköçürmə İnstitutunu məhkəməyə verib
# 03 may 2012 13:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati –İqtisad Məhkəməsində “Azərsu” ASC-nin Respublika Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutuna qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, bu gün iddia üzrə ilkin məhkəmə prosesi keçirilib. Növbəti məhkəmə prosesi mayın 29-na təyin edilib.

Qeyd edək ki, “Azərsu” ASC institutu sudan istifadəyə görə yaranmış borcla əlaqədar məhkəməyə verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR