Əbülfəz Elçbəyin məzarı ziyarət olunub

Əbülfəz Elçbəyin məzarı ziyarət olunub
# 22 avqust 2012 11:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Fəxri xiyabanda Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçbəyin məzarı ziyarət olunub. APA-nın məlumatına görə, anım tədbirində İctimai Palatanın rəhbərliyi, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, sabiq baş nazir Pənah Hüseyn, Elçibəyin qardaşı Almurad Əliyev, həmçinin mərhum prezidentin silahdaşları iştirak edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli Elçibəy mərasimdə çıxış ediblər.

Ziyarətçilərə sonradan qoşulan keçmiş cəbhəçi Xanım Xəlilova da çıxış edib. O, çıxışında Elçibəyin zəhərlənməsi iddiası əsasında Respublika Prokurorluğunda açılmış cinayət işi barədə də danışmaq istəyib. Bu vaxt İsa Qəmbər üzünü ona tutaraq, “Bu barədə sonra danışarıq” deyib, ona bu mövzuya toxunmamağı işarə edib. Bununla belə, X. Xəlilova cinayət işi barədə də danışıb.

Qeyd edək ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR