Azərbaycanda pul bazasının artımı davam edir

Azərbaycanda pul bazasının artımı davam edir
# 04 aprel 2012 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci ilin aprelin 1-nə 8 347,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin aprelin 1-nə nisbətən bu göstərici 2 078,7 mln. manat və ya 33,2% artıb.

O cümlədən, mart ayında pul bazası 522,5 mln. manat və ya 6,7% artıb. Ümumilikdə isə cari ilin əvvəlindən pul bazasının artımı 72,3 mln. manat və ya 0,9% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR