Bakıda Müslüm Maqomayevin 70 illiyinə həsr olunmuş konsert keçiriləcək

Bakıda Müslüm Maqomayevin 70 illiyinə həsr olunmuş konsert keçiriləcək
# 10 sentyabr 2012 12:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Oktyabrın 7-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, mərhum Müslüm Maqomayevin anadan olmasının 70 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq. APA-nın məlumatına görə, “Sən mənim melodiyamsan. Görkəmli müğənniyə həsr olunur...” adlı konsertdə M. Maqomayevin repertuarından ariya və mahnılar ifa olunacaq.

Yubiley konsertində Emin Ağalarov, İosif Kobzon, Lev Leşenko, Vladimir Vunokur, Valeriya, Elçin Əzizov, Fidan və Xuraman Qasımovalar, Səbinə Babayeva çıxış edəcək. Konsertdə biletləri 20-300 manat arasında satışa çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR