Şahmar Mövsümov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb

Şahmar Mövsümov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb
# 11 sentyabr 2012 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-ın aparıcı rolu barədə ətraflı məlumat verib.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-ın fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR