Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə baxışı mayın 31-nə təyin edilib

Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə baxışı mayın 31-nə təyin edilib
# 18 may 2012 14:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə. Zeynallının vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin barmaqlıqlar arasından çıxarılaraq onun yanında oturması, mətbuat nümayəndələrinə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi barədə vəsatətlər verib. Lakin hakim Ramella Allahverdiyeva bildirib ki, məhkəmədə çəkilişə icazə verilmir. Daha sonra dövlət ittihamçısı Vüsal Orucov müdafiə tərəfinin ötən proses zamanı verdiyi vəsatətlərə münasibət bildirib. V. Orucov vəsatətlərin təmin olunmamasını xahiş edib. Müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını bildirib. Prosesin baxış iclası isə mayın 31-nə təyin edilib.

Qeyd edək ki, ötən proses zamanı Ə. Zeynallının vəkili Elçin Sadıqov vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxs həbs olunan zaman yayılmış ilkin açıqlamada Ə. Zeynallının təqsirləndirilən şəxs və cinayətkar kimi qələmə verildiyini bildirib. Vəkil həmin bəyanatın cəmiyyətdə Ə. Zeynallı barəsində mənfi fikir formalaşdırdığını əsas gətirərək, bəyanatı hazırlayan şəxslərin barəsində məhkəmənin qərar çıxarmasını xahiş edib. Daha sonra E. Sadıqov Ə. Zeynallı barəsində olan cinayət işinə xitam verilməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib. Prokuror vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib.

Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR