Oğurluqla məşğul olan Masallı şəhər sakini tutulub

Oğurluqla məşğul olan Masallı şəhər sakini tutulub
# 08 may 2012 08:32 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Oğurluqla məşğul olan Masallı şəhər sakini həbs olunub. Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Babək Hüseynov verib. Onun sözlərinə görə, rayonun Digah kənd sakini Elçin Səftar oğlu Əkbərov polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus mağazadan 8 ədəd avtomobil təkərinin və avtomobilin mühərriki üçün 4 litr yağın oğurlandığını bildirib. Məlumat əsasında əməliyyat-axtarış qrupu yaradılıb və operativ tədbirlərə başlanıb. Qısa müddət ərzində hadisəni törədən şəxs tutularaq istintaq orqanlarına təhvil verilib. Məlum olub ki, avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən mağaza sahibinin yaxından tanıdığı Masallı şəhər sakini, əvvəllər də məhkum olunmuş, 34 yaşlı Zaur Fərasət oğlu Fətullayevdir. Saxlanılan şəxs ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR