Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Azərbaycanda dini duruma münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Azərbaycanda dini duruma münasibət bildirib
# 02 iyun 2012 08:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli dini durum sahəsində də müsbət irəliləyişlər var. Dini icmalar və dindarlar başqa planetin nümayəndələri deyillər. Onlar inkişaf edən, iqtisadiyyatı sosial vəziyyəti gündən-günə yaxşılaşan Azərbaycanda yaşayırlar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, ölkədə dini durumla bağlı spesifik problemlər də var: “Ən böyük təhlükə ayrı-ayrı dövlətlər tərəfindən dini zəminin siyasi maraqlar naminə istifadə olunması cəhdləridir. Bu hal son zamanlar daha da artıb. Azərbaycan dövləti bütün dini modellərə, ayrı-ayrı ölkələrin getdiyi yola hörmətlə yanaşır. Biz eyni hörmətin Azərbaycandakı dinin dövlətdən ayrı olması modelinə də edilməsini tələb edirik”.

E. İskəndərov deyib ki, Azərbaycanın dini siyasəti dünyəvi dövlətçiliyi möhkəmləndirmək istiqamətində qurulub: “Azərbaycan müstəqillik qazanandan xarici dövlətlər bu siyasəti pozmaq sahəsində bir iş görə bilməyib və bilməyəcəklər. Ona görə bu siyasətdən əl çəkmək ən yaxşı yoldur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR