Azərbaycanda «Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları» təsdiqlənib

Azərbaycanda «Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları» təsdiqlənib
# 07 mart 2012 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları» təsdiq edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, sözügedən Qaydalarla lotereya iştirakçılarının hüquqlarının qorunması, effektiv nəzarətin həyata keçirilməsi, habelə bu sahədə məlumatların açıqlanması mexanizmləri müəyyən edilib.

«Yeni Qaydalarda stimullaşdırıcı lotereyaların təşkilinə, o cümlədən lotereyaların şərtlərinə, biletlərinə, uduş fondunun oynanılmasına, habelə məlumat və hesabatlara dair tələblər müəyyən edilib və bununla da davamlı nəzarətin həyata keçirilməsi prosedurları öz əksini tapıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR