Zaqatalada mədrəsədə yanğın baş verib

Zaqatalada mədrəsədə yanğın baş verib
# 16 mart 2012 15:22 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda mədrəsədə yanğın baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə hissəsindən məlumat verilib. Bu gün saat 16-30 radələrində, Zaqatala şəhəri Sevil Qazıyeva və İmam Şamil küçələrinin kəsişdiyi ərazidə tilikmiş, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 80 kv/m olan mədrəsədə yanğın baş verib. Hadisə yerinə Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Mədrəsənin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində mədrəsənin dam örtüyünün 40kv/m sahəsinin yanar konustruksiyaları yanaraq yararsız hala düşüb. Fakla bağı Zaqatala YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR