Azərbaycanda bank kreditləşməsi 10% artıb

Azərbaycanda bank kreditləşməsi 10% artıb
# 16 mart 2012 08:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 2012-ci il fevral ayının 1-nə 10 084,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 33,3%-i ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin payı 28,7%, nəqliyyat və rabitə sahəsinin payı 4,1%, sənaye və istehsalın payı 5,8%, energetika, kimya və təbii ehtiyatlar sahəsinin payı 2,8%, kənd təsərrüfatı və emalın payı 4,7%, inşaat və əmlak sahəsinin payı 8,9%, digər sahələrin payı isə 11,7% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR