Şirvanda kabel oğruları yaxalanıb

Şirvanda kabel oğruları yaxalanıb
# 07 may 2012 19:31 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda kabel oğruları yaxalanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Kamran Zeynalaovun bildirdiyinə görə, Şirvanda fəaliyyət göstərən pambıq emalı müəssisəsindən 43 metr uzunluğunda F5 markalı, 2795 manat dəyərində kabel oğurlanıb. Şirvan polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri Məzahim Ağayev, Fəqan Mustafayev və Rafael Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR