Fransa prezidenti: “İrana qarşı sanksiyalar öz nəticəsini verir”

Fransa prezidenti: “İrana qarşı sanksiyalar öz nəticəsini verir”
# 01 noyabr 2012 11:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran konkret addımlar atmaqla nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməlidir”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland bildirib.

Onun sözlərinə görə, Fransanın da təmsil olunduğu “altılıq” ölkələri dəfələrlə İrandan nüvə proqramının dinc məqsədli olub-olmasını sübut edən dəlil istəsə də, indiyədək rəsmi Tehran bununla bağlı heç bir əməli addım atmayıb.

F.Olland deyib ki, İranın nüvə silahına sahib olması Fransanın da qəbul edə bilməyəcəyi bir təhdiddir: “Ona görə də İrana qarşı sanksiyalara səs vermişik. Hətta lazım gələrsə, sanksiyaların daha da sərtləşdirilməsinə dəstək verəcəyik. Biz İranın sülh məqsədləri üçün nüvə enerjisindən faydalanmasına qarşı çıxmırıq. Lakin Tehranın nüvə silahına yiyələnməsi yolverilməzdir”.

Fransa prezidenti vurğulayıb ki, İrana qarşı sanksiyalar öz nəticəsini verir və artıq ölkədə iqtisadi böhran yaşanır: “Təbii ki, bütün bunlar da İran xalqının həyatına mənfi təsir göstərib. Ona görə də baş verənlərdən təəssüflənirik”. F.Olland həmçinin İrana həbi müdaxilə etmək niyyətində olmadıqlarını da bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR