Almaniyada işsizlik səviyyəsi martda 0,2 faiz bəndi azalıb
29 mart 2012 12:08 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ayında Almaniyada işsizlik səviyyəsi fevral ayı ilə müqayisədə 0,2 faiz bəndi azalaraq 7,2% təşkil edib.
“APA-Economics”in xəbərinə görə, Almaniyanın İşədüzəltmə üzrə Federal Agentliyinin yaydığı açıqlamada bildirilir ki, hesabat dövründə ölkədə işsizlərin sayı 82 min nəfər azalaraq 3,028 mln. nəfərə enib.
Almaniya Federal Statistika Bürosu (“Destatis”) isə mart ayında işsizlik səviyyəsinin 0,1 faiz bəndi, işsizlərin sayının 18 min nəfər azaldığını bəyan edib.
Qeyd edək ki, Almaniyada həm İşədüzəltmə üzrə Federal Agentlik, həm də Federal Statistika Bürosu məşğulluq üzrə aylıq hesabatlar dərc edir. İki qurumun məlumatları arasındakı fərq hesablama metodikasının fərqli olması ilə bağlıdır. Analitiklər İşədüzəltmə üzrə Federal Agentliyin rəqəmlərini daha inandırıcı sayırlar. Çünki “Destatis” əhali arasında keçirdiyi telefon sorğularına əsaslanır.

Sosial
ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq ISO sertifikatlarına layiq görülüb
18:05
16 may 2024
Kürün Qazaxdan keçən hissəsində daşqın olub, fəsadlar yaranıb - FOTO
17:15
16 may 2024
Qarabağ Universitetində daha iki vakansiya elan edilib
17:08
16 may 2024
Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb
15:59
16 may 2024