Azərbaycanlı məcburi köçkün ailələrindən olan uşaqlar Polşada yay düşərgəsində olublar - FOTO

Azərbaycanlı məcburi köçkün ailələrindən olan uşaqlar Polşada yay düşərgəsində olublar - <font color=red>FOTO</font>
# 05 sentyabr 2012 14:48 (UTC +04:00)
Bakı-APA. Polşa Respublikasının Bakıdakı səfiri Mixal Labendanın təşəbbüsü ilə Azərbaycanlı məcburi köçkün ailələrindən olan uşaqlar Polşaya yay düşərgəsində olublar. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu, cari ildə Larisa Reyxrudel (Azərbaycanın Yəhudi Qadınlar Humanitar Asossiasiyasının Prezidenti ), Malopolska Maarifləndirmə Təşkilatı (http://www.mto.org.pl/) və STRABAG S.A. şirkətinin mühüm yardımı ilə təşkil olunan ikinci düşərgədir.

Uşaqlar Krakov və Krınitsanı seyr ediblər, dulus emalında, həmçinin hovuz və qayaya dırmanma idman dərslərində iştirakçı olublar. Bundan əlavə, xüsusi onlar üçün təşkil olunan çoxsaylı gəzinti və əyləncələrdə iştirak ediblər. Polşada çox aktiv şəkildə keçirilən 10 gün xoş və unudulmaz xatirələrlə iz qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR