Bəhreyndə yeni toqquşmalar baş verib

Bəhreyndə yeni toqquşmalar baş verib
# 21 aprel 2012 23:09 (UTC +04:00)
Bakı-APA. Bəhreynin paytaxtı Manamada nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

APA-nın verdiyi xəbərə görə, polis etiraz aksiyanı dağıtmaqdan ötrü gözyaşardıcı qazdan istifadə edib. Öz növbəsində etirazçılar polisə "Molotov kokteyli" ilə dolu butulkalar tullayıblar.
Toqquşmalarda 150 nəfərə qədər etirazçı iştirak edib.

Bir qədər əvvəl Manamada 7 minə qədər müxalifət tərəfdarı yürüş keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR