Azərbaycanın bölgə mətbuatı nümayəndələri Türkiyəyə səfərə gedir - FOTO

Azərbaycanın bölgə mətbuatı nümayəndələri Türkiyəyə səfərə gedir - <font color=red>FOTO</font>
# 24 aprel 2012 09:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın bölgə mətbuatı təmsilçiləri Türkiyəyə səfəri başlayır. Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, bu münasibətlə şurada mərasim keçirilib.
Toplantını açan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, qardaş ölkənin Ankara, Konya və İstanbul şəhərlərinə səfər gerçəkləşdirəcək nümayəndə heyətinin üzvləri oradakı media vasitələrinə baş çəkmək, təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Səfərin təşkilatçılarının TİKA və Mətbuat Şurasının olduğunu deyən sədr müavini diqqəti xoş məramın hər iki qurumun birgə hazırladıqları «Təcrübə mübadiləsi proqramı» çərçivəsində reallaşdığına yönəldib. O, Azərbaycanın bölgə mətbuatının da dünya media məkanına inteqrasiyasının vacibliyini önə çəkərək səfərin mövcud mənada xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Səfərin təşəbbüskarlarından olan Türkiyənin Qəzetçilər və Yazarlar Vəqfinin Azərbaycan üzrə koordinatoru Mustafa Saatcı bildirib ki, belə bir aksiyanın gerçəkləşdirilməsi Azərbaycanın media təmsilçiləri ilə Türkiyənin jurnalistləri arasında əməkdaşlığın daha da möhkəmlənməsində, onların ümumi mənafelərin ifadəsi istiqamətindəki həmrəyliyinin güclənməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, 24-28 aprel tarixlərində həyata keçiriləcək səfərdə Azərbaycanın Gəncə, Şəki, Masallı, Lerik, Ağstafa, Beyləqan və Quba rayonlarında fəaliyyət göstərən mətbuat orqanlarının nümayəndələri, eləcə də bir sıra aparıcı media vasitələrinin bölgə təmsilçiləri, təşkilatçı qurumların səlahiyyətli şəxsləri iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR