Lukaşenko Milli Banka pul çap etməyi qadağan edib

Lukaşenko Milli Banka pul çap etməyi qadağan edib
# 07 fevral 2012 08:38 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus prezidenti Aleksandr Lukaşenko Milli Bankın sədri Nadejda Yermakoya təkrar maliyyələşdirmənin faiz dərəcəsinin aşağı salınması barədə göstəriş verib və pul çap etməyi qadağan edib.

APA-Economics”in Belarus mətbuatına istinadən xəbərinə görə, prezident iqtisadiyyat və əmək kollektivləri normal fəaliyyət göstərdiyi halda, yaxın 1-1,5 il ərzində əmək haqlarının əvvəlki səviyyəsinin nəinki bərpa olunacağını, hətta həmin səviyyənin keçiləcəyini bildirib.

Belarus iqtisadiyyatında vəziyyətin stabil olduğunu vurğulayan A.Lukaşenko pul çap edən maşını işə salmağı qadağan edib: “Biz heç bir halda pul çap etməməliyik. İnsanların həyat şəraitinin yaxşılaşdığını hiss etməsi üçün bizdə pul qazanmaq üçün hər cür şərait var. Düşünürəm ki, bu qışdan normal çıxa bilsək, biz bu pulu tapacağıq və əlavə pula ehtiyac qalamayacaq. Kreditləşmə üçün emissiya olunmuş pulların istifadəsini hamı unutmalıdır”.

N.Yermakova isə prezidentə məlumat verib ki, Belarus rublunun kursu stabil qalıb: “Yanvarın sonu - fevralın əvvəlində isə milli valyutanın möhkəmlənməsi müşahidə olunub ki, bu da birjada valyuta satışının artması ilə əlaqədardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR