Azərbaycan filmi Qahirə Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə proqramına daxil edilib

Azərbaycan filmi Qahirə Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə proqramına daxil edilib
# 16 mart 2012 11:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Buta” bədii filmi bu ilin martın 23-dən 30-dək keçiriləcək XXI Qahirə Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə proqramına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf təşkilat komitəsinin dəvəti ilə festivala qatılacaq.

“Buta” filmi 2011-ci ilin sonunda Avstraliyada keçirilən V Asiya-Sakit Okean Kino Akademiyasının illik toplantısında “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib gəlib. Son bir neçə ayda “Buta” filmi Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarının iştirakçısı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR