«FINCA Azerbaijan» filial şəbəkəsini genişləndirir

«FINCA Azerbaijan» filial şəbəkəsini genişləndirir
# 06 aprel 2012 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Aprel ayının sonunadək «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının Azərbaycanın Füzuli rayonunda filialı fəaliyyətə başlayacaq.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, Füzuli ofisi rayon sakinlərinə kənd krediti qrupu, həmrəy kredit qrupu, ekspress kredit və kiçik və orta sahibkarlıq krediti kimi məhsulları təqdim edəcək. Bu filial vasitəsi ilə ilin sonuna kimi 1 000 nəfərə yaxın müştəriyə maliyyə xidmətlərinin göstərilməsi planlaşdırılır.

Qeyd edək ki, rayon əhalisinə əvvəllər təşkilatın Beyləqan rayonunda yerləşən ofisi vasitəsilə kreditlər verilib.

Xatırladaq ki, «FINCA Mikro-Finance Holding»in («Finca İnternational», ABŞ) törəmə şirkəti olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 29 filial və 34 ofisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR