Azərbaycan Milli Məclisinin sədri: “Heç bir xarici qüvvə Azərbaycan ərazisindən qonşu dövlətə qarşı istifadə edə bilməz”
14 fevral 2012 09:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İranın Azərbaycana nota verməsini pisləyirəm”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Eurovision”a qatılacaq əcnəbi ifaçılara müraciət etməsi faktını da xatırladıb və bunu da pisləyib. Z. Oruc Azərbaycan diplomatlarının Suriyadan çıxarılmasını da təklif edib.
Fazil Mustafa isə ötən il aprelin 2-də həbs olunmuş müxalifətçilərin azadlığa buraxılmasının vacibliyini vurğulayıb. O deyib ki, İran İsrailin qorxusundan ətraf ölkələrə hücumlar edir, “Times” qəzetindəki bir yazıya görə Azərbaycana nota verir.
Qənirə Paşayeva da İranın Azərbaycana nota verməsini pisləyərək bu ölkənin işğalçı Ermənistana dəstək verməsini və “Səhər” telekanalının fəaliyyətini tənqid edib.
Sədr Oqtay Əsədov da İran mövzusuna öz münasibətini açıqlayıb: “İranla bağlı deyilənləri biz də bilirik. Onları araşdırsaq, kökü gedəcək bəzi qurumların üstünə. İran Azərbaycanla qonşu dövlətdir, biz səviyyəmizi və qonşuluq münasibətlərini saxlamalıyıq”. O. Əsədov hesab edir ki, İran diplomatiyası bəzi səhvlər buraxıb: “Amma biz qonşuluq münasibətlərini qorumalıyıq. Deyirlər, guya Azərbaycan ərazisindən İrana hücum olacaq və sair... Mən bu məsələdə Azərbaycan prezidentinin dəfələrlə açıqladığı mövqeni xatırlada bilərəm. Heç bir xarici qüvvə Azərbaycan ərazisindən qonşu dövlətə qarşı istifadə edə bilməz. İran dövləti, İran prezidenti bu mövqeyi qəbul edir. Düzdür, “Səhər” telekanalı və digər bəzi qüvvələr var ki, biz də onların cavabını veririk və verəcəyik”.

Xarici siyasət
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024