Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
# 26 may 2012 06:46 (UTC +04:00)
Bakı – APA. Ermənistan Ordusunun bölmələri mayın 25-də saat 15.30-dan 15.40-dək və saat 23.00-dan 23.10-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.40-dan 15.55-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 26-də saat 05.20-dən 05.25-dək isə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR